"Tamamilə tərk etməyimiz səhv bir qərar olardı"

7 Sentyabr 2021 15:43 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu özəl bir televiziya kanalında sualları cavablandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çavuşoğlu, Kabul Hava Limanı ilə əlaqədar olaraq Qətər və ABŞ ilə çalışdıqlarını ifadə edib. Çavuşoğlu deyib: "Əfqanıstana çox sərmayə qoyduq, təhsilə sərmayə qoyduq. Qadınlara və uşaqlara sərmayə qoyduq. Axı Əfqanıstan kimi bir ölkəni tamamilə tərk etməyimiz səhv bir qərar olardı. Doğru olmazdı"