İsrail müdafiə büdcəsi artırılır

7 Sentyabr 2021 15:32 (UTC+04:00)

İsrail Baş Qərargah rəisi Aviv Koçavi, İranın nüvə proqramına hücum planlarını "əhəmiyyətli dərəcədə sürətləndirdiklərini" deyib. SİA xarci mətbuata istinadən xəbər verir ki, Koçavi İran və bölgədəki inkişaflarla əlaqədar dəyərləndirmələr edib. İsrail ordusunun əsas məqsədinin İranın Yaxın Şərqdəki varlığını minimuma endirmək olduğunu ifadə edən Koçavi, hücumları ilə Tehranın İsrailin şimal sərhədindəki varlığını və silahlarını xeyli azaltdığını deyib. İranın nüvə proqramına hücum planlarını "çox sürətləndirdiklərini" ifadə edən Koçavi, İsrailin müdafiə büdcəsinin artmasının bu məqsədlə edildiyini qeyd edib.