Şagirdlər maska taxmalıdırlarmı?

7 Sentyabr 2021 15:20 (UTC+04:00)

"Uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır". SİA-nın verdiyi məlumata görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, valideynlər istəyirlərsə şagirdin maska taxmasını təmin edə bilərlər: "Bununla bağlı bir məcburiyyət yoxdur".