Kanada Baş nazirinə hücum

7 Sentyabr 2021 15:09 (UTC+04:00)

Kanadanın Ontorio əyalətinin London şəhərində seçki kampaniyasından sonra seçki avtobusuna dönən Trudeau avtomobilinə minərkən ona çınqıl atılıb. Demək olar ki, kampaniyaya getdiyi hər yerdə etirazlarla qarşılaşan Justin Trudeau, Liberal Partiyası seçki avtobusu ətrafındakı qəzəbli etirazçıların sözlü təhqirlərinə məruz qalıb. Məlumata görə, etirazçılara cavab verməyə çalışan Trudeau-ya çınqıl daşları atılıb. Baş nazirin mühafizəçiləri və mühafizəçilərinin yaratdığı maneədən sonra bölgəni tərk edən Justin Trudeau, seçki təyyarəsində jurnalistlərə hadisəni təsdiqləyərkən yaxşı olduğunu deyib. Ontario ştatının Bolton şəhərində sıx etirazlarla qarşılaşan Trudeau, bu şəhərdəki proqramını ləğv etmək məcburiyyətində qalıb.