Fövqəladə vəziyyət uzadılacaq

7 Sentyabr 2021 15:01 (UTC+04:00)

Yaponiyada Covid-19-a qarşı sentyabrın 12-də bitməsi planlaşdırılan fövqəladə vəziyyətin müddəti üç həftə uzadılacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna görə, baş nazir Suqa Yoshihide, həftə ərzində səhiyyə naziri Tamura Norihisa və Covid-19 tədbirləri nazirlər kabinetinin üzvü Nişimura Yasutoshi ilə görüşəcək. Baş nazir Suqa, hökumətin Covid-19 Məşvərət Şurasının tövsiyəsindən sonra tətbiqin uzadılması ilə bağlı son qərarı açıqlayacaq. Hazırda fövqəladə vəziyyət Tokio və Osaka bölgələri də daxil olmaqla, ölkənin 21 əyalətində tətbiq olunur.