"Bitkoin" bütün dünyada treyderlər arasında geniş yatırım edilən kriptovalyuta növlərindən biridir. "Bitkoin" ötən il 11 min dollar olduğu halda son təqribən doqquz-on ay ərzində bu günləri 52-53 min dollar arasında ticarət olunur. Bunun da bir sıra səbəbləri var. Bu simulyatif məsələlərdən qaynaqlanır. Məsələn keçən il birdən-birə payız aylarında "bitkoin" bahalaşmağa başladı. Payız aylarında qalxdı 20 min dollara, ondan sonra dekabr aylarında artıq 30 min dolların üzərinə qalxdı. Hazırda 52-53 min arasında ticarət olunur. Bu da o deməkdir ki, hardasa 350 faiz bahalaşma baş verdi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bunun bir çox səbəbləri var. Dünyanın aparıcı təşkilatları var, məsələn Teslanın sahibi Elon Mosk kriptovalyutalar yatırım edəcəyi haqda məlumat vermişdi. Dünyanın aparıcı finans qurumları, məsələn “Morgan Stanley” həmin o kripyovalyutalara yatırım edəcəyini və masterkardda bütün bu vəsaitlərin saxlanması ilə bağlı məlumat yayılmışdı. Kriptovalyutaların, əsasən, ABŞ və Aİ iqtisadiyyatı ilə bağlıdır. Kriptovalyutanın dünyanın və ölkəmizin iqtisadiyyatına təsiri ilə bağlı Asif İbrahimov: "Amma bir məsələni qeyd etmək istərdim ki, pandemiya dövründə bunun səbəbi Avropa İttifaqı və ABŞ iqtisadiyyatlarında müəyyən tənəzzül müşahidə etməyə başlayıb. Onlar belə smulyatif yola əl ataraq dünyanın qlobal transmilli korparasiyaları vasitəsi ilə belə spekulatif addımlar atmağa başladılar. Təbii ki, məlumdur ki, kriptovalyuta satışdır. Satış da, əsasən, dollarla, avro ilə həyata keçirilir. Bu əlavə vasitələrin cəlb olunmasıdır.
Azərbaycan iqtisadiyyatına gəldikdə, məlumdur ki, ölkəmizdə də bu kriptovalyutaların treydi ilə məşğul olan insanlar, hüquqi və fiziki şəxslər mövcuddur. Azərbaycan iqtisadiyyatına, sadəcə, bunun bir köməyi ola bilər ki, vergiyə cəlb olunma halları varsa, Azərbaycan dövlət büdcəsinə, müəyyən qədər vəsait axını baş tutar. Amma bunun satışını izləmək çox çətindir. Məlumdur ki, bu könüllük əsasında kimsə hər hansı bir vergi ödənişini həyata keçirərsə, baş verə bilər. Xüsusilə, bu Avropa İttifaqının və ABŞ-ın iqtisadiyyatına əlavə təkan verə biləcək alətlərdən biridir. Düşünürəm ki, oktyabr və noyabr aylarında bu rəqəm 53 min dolların altına düşəcək. Dünya qlobal iqtisadiyyatı normala geri qayıtdıqda bu rəqəm 30 minin üzərinə düşəcək. Pandemiyanın tüğyan etdiyi ilk ayda ən çox zərər çəkən iqtisadiyyatlardan biri Avropa İttifaqı iqtisadiyyatı idi. İttifaqın iqtisadiyyatı 9 faiz tənəzzülə başlamışdı. Nəticədə, bu smimulyatif addımlar əlavə dəyər qazandırmaq cəhdləri kimi ortaya atıldı. Azərbaycan iqtisadiyyatına bundan hər hansı təsir yoxdur. Əgər belə bir mexanizm fikirləşirlərsə ki, kriptovalyuta treyderlərinin vergiyə cəlb olunması ilə bağlı, hə, onda dövlət büdcəsində ödəmələr arta bilər. Amma belədə bu, ancaq Aİ və ABŞ iqtisadiyyatına xidmət edən pul vahidləridir".