“Hesab edirəm ki, məktəblər açılarsa yoluxma baş verə bilərmi məsələsi ilə bağlı narahatlığa ehtiyac yoxdur. Çünki, təhsil müəssisələrinin açılması məsələsi təkcə bizim üçün deyil, fərqli-fərqli ölkələrdə artıq bu prosesə başlanılıb. Əlbəttə ki, təhsil müəssisələrinin açılması bütövlükdə ola bilsin ki, müəyyən qədər yoluxma saylarına öz təsirini göstərsin". Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov SİA-ya açıqlamasında bunları deyib.
Onun sözlərinə görə, bütövlükdə bu məsələ ilə bağlı cəmiyyətin yekdil münasibəti olmalıdır və məktəb yaşlı uşaqlar risk qrupuna daxil deyil: "Ali təhsil müəssisələrində tələbələrin vaksinasiyasına başlanılıb və bununla bağlı bir problemi yoxdur və yaxud da onlar da vaksinasiya olunublarsa, burda da risk qrupu yoxdur. Eyni zamanda təhsil müəssisələrinin sanitar epidemioloji vəziyyəti nəzarət altındadır. Dezinfeksiya işləri mütəmadi olaraq aparılır. Pedaqoji heyət arasında, texniki işçilər arasında vaksinasiya faiz göstəricisi xeyli yüksəkdir. Düşünürəm ki, biz məktəblərin açılması ilə bağlı qərarı dəstəkləməliyik".
Ekspert sözlərinə belə davam edib: "Fərqli ölkələrdə, hətta pandemiyanın ilk zamanında təhsil müəssisələrində qapanmalar oldu və Azərbaycan da istisna olmadı. Amma bəzi ölkələr hətta keçən tədris ilindən belə məktəbləri qismən də olsa açdılar. Bu baxış da hesab edirəm ki, cəmiyyətdə bütövlükdə məsuliyyəti yüksək olacaqsa, məktəblərdə yoluxma ilə bağlı artımı çox da müşahidə edə bilməyəcəyik. Nəzərə alsaq ki, yoluxma olan məktəblərdə bilirsiniz ki, lokal tədbirlər həyata keçirilir, qapanmalar olur, belə olan təqdirdə əlbəttə ki, mən təhsil müəssisələrində çox da ciddi bir yoluxma ilə bağlı artımın olmasına istisna edirəm və fikirləşirəm ki, belə ciddi problemlər yaşamayacağıq. Amma o halda ki, cəmiyyət məsuliyyəti dərk etsin və məsuliyyətli davransın".
Ayşən Vəli