Daha 501 nəfər COVID-19-a yoluxub - ERMƏNİSTANDA

7 Sentyabr 2021 11:17 (UTC+04:00)

Ermənistanda daha 501 nəfər COVID-19-a yoluxub. SİA-ya xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 245 765-ə çatıb. Son sutkada koronavirusdan 15 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 939-a yüksəlib.

Koronavirusa yoluxan 229 957 nəfər sağalıb. Hazırda 9 702 pasiyent müalicə olunur.