İnsanları köməyə çağırdı

7 Sentyabr 2021 10:58 (UTC+04:00)

Məşhur müğənni Hande Yener dünən axşam İzmirin Bayındır rayonunda konsert verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gecədən fotoları "İnstaqram" hesabında paylaşan Yener, konsertdə tanış olduğu SMA xəstəsi olan balaca Defne üçün kömək istəyib.

Yener, “Defne yuxu kimi şirin bir mələkdir. Təəssüf ki, SMA ilə mübarizə aparır" mesajı ilə insanları yardıma cəlb edib.

Ayşən Vəli