Rusiya və Çin birgə sərnişin təyyarəsi istehsal edir

7 Sentyabr 2021 00:31 (UTC+04:00)

Çində bu ölkə və Rusiyadan olan mühəndislər tərəfindən hazırlanan ilk reaktiv sərnişin təyyarəsinin istehsalına başlanıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Çin Kommunist Partiyası Şanxay Komitəsinin rəsmi qəzeti "Jiefang Daily"nin yazdığına görə, Rusiya və Çindən olan mühəndislər tərəfindən hazırlanan və Çində istehsal ediləcək C929 təyyarələrinin "Boeing 787 Dreamliner" təyyarələri ilə rəqabət aparacağına güman edilir.

Təyyarənin prototipi 2018-ci ilin noyabr ayında Çinin Zhuhai şəhərində keçirilən ölkənin ən böyük aviasiya yarmarkasının açılış mərasimində nümayiş etdirilmişdi.

CR929-600 adlanan əsas təyyarə versiyasının 280 sərnişini 12 min kilometr məsafəyə qədər daşıması nəzərdə tutulur.