Ölkəyə səyahət edənlərdən QR kodu tələb ediləcək

6 Sentyabr 2021 23:03 (UTC+04:00)

Şimali Kipr Türk Respublikası Yüksək Yoluxucu Xəstəliklər Komitəsinin təklifinə görə Səhiyyə Nazirliyinin qəbul etdiyi qərara əsasən, sentyabrın əvvəlindən etibarən hava, dəniz və quru yolu sərhəd qapılarından ölkəyə girəcək olanlardan QR kodu tələb olunacaq.

SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

QR kodu “adapass.gov.ct.tr” ünvanında tələb olunan məlumatları yazaraq əldə ediləcək. Saytda məlumatları olmayanlar ölkəyə daxil olabilməyəcəklər. ŞKTR vətəndaşları Adapass, Türkiyə Respublikası vətəndaşları Healthpass, Avropa İttifaqı vətəndaşları Greenpass və İngiltərə vətəndaşları NHS QR kodu sənədlərini ölkəyə giriş zamanı təqdim etmək məcburiyyətindələr. Digər ölkələrin vətəndaşları, tətbiqdə göstərilən hissəyə etibarlı peyvənd kartlarlarını və ya PCR test nəticələrini əlavə etməli və ölkəyə giriş zamanı yoxlanılması üçün əlavə edilmiş sənədləri gətirməli olacaqlar.