Təhlükəli yarış

6 Sentyabr 2021 21:13 (UTC+04:00)

NATO -nun baş katibi Yens Stoltenberq Rusiya və Çin arasında silahlanma yarışına yeni bir təhlükə kimi diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son illərdə iki supergücün münasibətlərinə toxunan Stoltenberq, Rusiyanın yeni silahlar hazırladığını, yeni qurudan atılan bir raket və nüvə enerjisi ilə işləyən qanadlı bir raket sınadığını bildirib. Çinin nüvə arsenalının daha çox döyüş başlığı və inkişaf etmiş buraxılış sistemləri ilə sürətlə genişləndiyini ifadə edən Stoltenberg deyib: "Dünya sürətlə daha gözlənilməz, rəqabətli və təhlükəli bir yerə çevrilir".