Bodrumdakı "Günay" restoranında səhnəyə çıxan məşhur türk müğənni Bülent Ersoy, səhnə kostyumunu Dubaydan xüsusi parçalarla hazırlayan modelyer Pınar Kərimoğlunu tərifləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ersoy bu barədə açıqlama verib.
O, “Terzi Mualla, Canan Yaka, Nur Yerlitaş kimi Türkiyənin aparıcı modelyerləri ilə çalışdım. Ümid edirəm bacılarınızın yolunu davam etdirəcək, onlar kimi uğur qazanacaq və çox yaxşı yerlərə gələcəksiniz".
Ersoyun "Millennium Kleopatra" kostyumu da Kərimoğlu tərəfindən hazırlanıb.
Ayşən Vəli