Sentyabrın 1-də KKTC-də Yoluxucu Xəstəliklər Ali Komitəsinin təklif etdiyi və Səhiyyə Nazirliyi tərəfindən açıqlanan qərara əsasən, bu gündən etibarən hava, dəniz və quru qapılarından istifadə edərək ölkəyə daxil olanlardan QR kodu tələb olunacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlumatlarını sayta əlavə etməyən və QR kodu almayan insanlar ölkəyə daxil ola bilməyəcək. Sayta girən KKTC vətəndaşlarının, Adapass, Türkiyə Respublikası vətəndaşlarının Healthpass, Avropa Birliyi (AB) vətəndaşlarının Greenpass və İngiltərə vətəndaşlarının NHS QR kodu sənədlərini ölkəyə girdikdən sonra yoxlamaq üçün gətirmələri lazımdır. Digər ölkələrin vətəndaşları, tətbiqdə göstərilən hissəyə etibarlı peyvənd kartlarını və ya PCR test nəticələrini əlavə etməli və ölkəyə daxil olarkən əlavə edilmiş sənədləri yoxlamalı olacaq.