Qəddafi İstanbula gəldi

6 Sentyabr 2021 17:17 (UTC+04:00)

Ərəb Baharı tərəfindən devrilən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Sədi Qəddafinin sərbəst buraxılmasından sonra İstanbula xüsusi təyyarə ilə gəldiyi öyrənilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Liviyada sərbəst buraxılan Sadi Qəddafini daşıyan xüsusi təyyarə gecə İstanbul Atatürk Hava Limanına enib.