Avropadan qınaq

6 Sentyabr 2021 17:10 (UTC+04:00)

Avropa Şurasının sədri Karles Mikel, sosial mediada etdiyi şərhdə bunları yazıb: "Qvineyada hakimiyyəti zorla ələ keçirmək cəhdini qınayıram". SİA xarici mətbuata istinadən xəbər verir ki, demokratiyanın qorunmasında sülhün və dialoqun prioritetini vurğulayan Mikel, dövlət qurumlarının qorunması və prezident Alpha Kondenin təhlükəsizliyinin təmin edilməsinin lazım olduğunu ifadə edib. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də "gücün zorla ələ keçirilməsini" qınayıb. Borrell, Kondenin dərhal sərbəst buraxılmasını və qanunun aliliyinə hörmət edilməsini istəyib.