Komandir öldürüldü

6 Sentyabr 2021 16:44 (UTC+04:00)

Həşdül-Cəzirə Əməliyyatlar Komandiri Asif Həsən Kərim, Babil əyalətinin Ceref ən-Nasr qəsəbəsində avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində hadisə yerində ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kərimi müşayiət edən iki nəfər yaralanıb. Hadisənin baş verdiyi əl-Uveysat bölgəsinin tamamilə Həşd əş-Şaabinin nəzarətində olduğuna diqqət çəkib. Hadisənin məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

Babil Polis İdarəsindən olan mənbəyə görə, Həşdül-Cəzirə Əməliyyatlar komandiri Asif Həsən Kərim, Babil əyalətinin Ceref ən-Nasr qəsəbəsində avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində hadisə yerində ölüb. Kərimi müşayiət edən iki nəfər yaralanıb. Adının çəkilməsini istəməyən mənbə hadisənin baş verdiyi əl-Uveysat bölgəsinin tamamilə Həşd əş-Şaabinin nəzarətində olduğuna diqqət çəkib. Hadisənin məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.