Misirli ulduzdan Liverpula maraqlı istək

6 Sentyabr 2021 16:37 (UTC+04:00)

“Liverpul”un futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, misirli hücumçu da klubun təklifinə müsbət yanaşır. Salahın “Liverpul” rəhbərliyindən tək istəyi maaşının artırılmasıdır. 29 yaşlı oyunçu həftəlik məvacibinin 500 min funt-sterlinqə qədər artırılmasını istəyir. 2017-ci ildən “Liverpul”da çıxış edən Salahın müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Ziya Hikmətoğlu