Məhbusların axtarışı davam edir

6 Sentyabr 2021 16:10 (UTC+04:00)

İsraildə, ölkənin ən ağır həbsxanalarından biri kimi tanınan Gilboa həbsxanasından böyük bir qaçış olub. SİA xarici mətbuata isinadən xəbər verir ki, 6 fələstinli məhbus uzunluqlu tunel qazaraq həbsxanadan qaçmağı bacarıb. Təhlükəsizlik qüvvələri dünən gecə ölkənin şimalındakı Gilboa həbsxanasından qazdıqları tuneldən qaçan 6 fələstinlinin axtarışlarını davam etdirir.