Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

6 Sentyabr 2021 15:24 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1107 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 644 təşkil edir.