583 nəfər koronavirusdan ölüb - İRANDA

6 Sentyabr 2021 14:58 (UTC+04:00)

İranda ötən sutka ərzində 583 nəfər koronavirusdan (COVID-19) ölüb. SİA-nın verdiyi məlumata görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 111 257 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 27 579 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 156 986 nəfərə çatıb.