Sabah məktəblərlə bağlı qərar AÇIQLANACAQ

6 Sentyabr 2021 14:05 (UTC+04:00)

Yeni tədris ili ilə bağlı qərar sabah açıqlanacaq.

SİA xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O, bildirib ki, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.