Təyyarəyə minən tarantula sərnişinlərdə böyük qorxu yaradıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sərnişinlərdən biri tarantuladan cəsur adamın sayəsində qurtulduqlarını yazıb. Sərnişinlərdən biri, "TikTok" hesabına yüklədiyi videoda cəsur adam sayəsində tarantuladan xilas olduqlarını yazıb. Video 3 milyon dəfə izlənilib və insanları qorxudub. Çünki xeyli sayda insanın "hörümçək fobiyası" var.
Ən Pis Kabus
Videodakı sərnişinlər və videonu görən milyonlarla insan da qorxularını dilə gətirib. Videoda qışqıran insanlar olsa da, şərhlərdə bunun "ən pis kabusu" olduğunu söyləyənlər də var. "TikTok" istifadəçisi @directorbrazil tərəfindən paylaşılan video qısa zamanda milyonlara izləyicilərə çatmağı bacarıb.
Bir şərhdə "Təyyarəyə minmək, uçmaq və hörümçəklər mənim ən böyük qorxumdur", digər şərhdə isə uzun müddət təyyarəyə minməyəcəyi deyilir. "İndi qəzaya uğramaq və ölmək qorxusundan başqa təyyarəmdəki tarantulalardan narahat olmalıyam" dedi. Hörümçəyin taleyi bilinməsə də, sanki "qısa müddətli" bir qorxuya səbəb olur.
Ziya Hikmətoğlu