"Beşiktaş"a daha bir ulduz

6 Sentyabr 2021 10:30 (UTC+04:00)

Miralem Pyaniçin transferi ilə bir anda həm Avropada, həm də Türkiyədə diqqət çəkən "Beşiktaş"da transferin bitdiyi düşünülsə də, klubla bağlı daha bir iddia gəldi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Beşiktaş" "Bayern Münhen"də çıxış edən Bouna Sarrı heyətinə qatmaq üçün hərəkətə keçib. Almaniya nəhəngi ilə 2024-cü ilə qədər müqaviləsi olan 29 yaşlı fransız ulduzun 1 il müddətinə kirayəyə veriləcəyi bildirilib. Təcrübəli futbolçu ötən mövsüm "Marsel" dən "Bavariya" ya keçib.

Ziya Hikmətoğlu