Qəddafinin oğlu azad edilib

6 Sentyabr 2021 10:13 (UTC+04:00)

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Sadi Qəddafi sərbəst buraxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik mənbələri Sadi Qəddafi (48) və Müəmmər Qəddafinin qərargah rəisi olan Əhməd Ramazanın Tripolidə saxlandıqları həbsxanadan sərbəst buraxıldıqlarını bildirilib.

Sədinin Liviya Baş Prokurorluğunun qərarı və Baş nazir Əbdülhəmid Dibeybenin icazəsi ilə sərbəst buraxıldığı bildirilib. Sadinin şəxsi təyyarə ilə Türkiyəyə köçmək üçün ölkəni tərk etdiyi bildirilib.