"Cənab Prezidentin Sumqayıt şəhərinə səfərinin mahiyyəti..." - DEPUTAT AÇIQLADI

6 Sentyabr 2021 10:09 (UTC+04:00)

"Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışı bir daha təsdiqləyir ki, həm pandemiya, həm də postpandemiya dövründə yerli istehsalın dəstəklənməsi ölkəmiz üçün mühüm əhəmiyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri ölkə iqtisadiyyatının artımında mühüm rol oynayır: "Bildiyimiz kimi Sumqayıt Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən məkandır".

"Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Son illər ərzində Sumqayıtda yaradılan bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması Sənaye parkının üstünlüklərindən biridir".

Deputat sözlərinə belə davam edib: "Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə olan yüksək diqqətin nəticəsidir ki, Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsi və innovasiyalar sahəsində aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət gücünün artırılmasından ibarətdir.

Ölkə başçısı Sumqayıta səfəri zamanı Sumqayıt Məhkəmə Kompleksinin açılışın da olub. Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Sumqayıt Məhkəmə Kompleksinin inşası da bu istiqamətdə icra olunan islahatlar sırasındadır".

Ayşən Vəli