ABŞ Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri hər hansı bir səsli əlaqəni tamamilə qeyri -mümkün edən bir elektron cihaz icad etdilər.
“ Popular Mechanics”xəbər verir ki, “AHAD” adlanan bu cihaz “akustik cavab və pozulma” kombinasiyasına əsaslanır. Bildirək ki, cihaz İndianadakı Dəniz Tədqiqatları Mərkəzinin iki mühəndis işçiləri tərəfindən hazırlanıb.
Cihazın işləmə metodu belədir: insanın nitqi iki dəfə ona yönəldilir. Əvvəlcə dərhal, sonra qısa bir gecikmədən sonra. Bu, danışanın öz səsini qəbul edə bilməyəcəyi bir təsir yaradır. Cihaz insanı o qədər yönləndirir ki, o dərhal susmağa məcbur olur.
Qeyd edək ki, bir müddət bundan əvvəl Novosibirsk “Akademgorodok”dan olan elm adamları, təsadüfən asılılığa səbəb olmayan araq icad etdilər. (...bunlarınkı da ancaq araq olsun, deyim ki, ruslar asılılıq deyərkən, siz “poxmel” başa düşün).
Belə ki, rusiyalı mütəxəssislər Nikolay Baranov və Oksana Afanasyeva ikinci dərəcəli diabetli xəstələr üçün dərman yaratmağı planlaşdırdılar.
Amma deyim ki, təsadüf zərurəti doğurub, yəni rus mütəxəssislər əla “poxmel” dərmanı icad ediblər. Əslinə qalsa, elə əsl dərman budur.
Ağasəf Babayev