“Gözləyin”, indi də koronavirusun “mu” növü gəlir...

6 Sentyabr 2021 01:29 (UTC+04:00)

ABŞ -ın baş infeksionist mütəxəssisi Entoni Fauci, koronavirusun “mu” növünün müəyyən antikorların qorunmasından yayınma qabiliyyətini göstərə biləcək bir sıra mutasiyalara sahib olduğunu söyləyib.

Bildirək ki, bu barədə “CBS News” məlumat yayıb.

Amerikalı həkim bu dəyişikliyin artıq mütəxəssisləri də narahat etdiyini qeyd edib. Onun sözlərinə görə, mütəxəssislər COVID-19 mutasiyalarını yaxından izləyir və “mu” növünü da artıq çox ciddi qəbul etməyə başlayıblar. Eyni zamanda, amerikalı mütəxəssis virusun “delta” növünün ABŞ -da hələ də üstünlük təşkil etdiyini bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni növ koronavirus infeksiyası ilə maraqlandığı bildirilmişdi.

Onu da bildirək ki, ilk dəfə olaraq Kolumbiyada kəşf edilən “mu” növü, təşkilat tərəfindən maraq doğuran COVID-19 mutasiyaları olaraq siyahıya alınmışdı.

Hazırda ÜST -dən verilən məlumata görə, "ardıcıl hallar arasında “mu” növünün qlobal yayılması azalaraq 0.1 faizdən az olsa da, amma Kolumbiya (39 faiz) və Ekvadorda (13 faiz) yayılma durmadan artmaqdadır.

Ağasəf