Azərbaycan idmançısı ermənini məğlub edib MDB Oyunları

5 Sentyabr 2021 18:33 (UTC+04:00)

MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. SİA-nın məlumatına görə, 63.5 kq çəki dərəcəsində təmsilçimiz Əsədzadə Məhər ilk görüşdə Ermənistan idmançısı Alen İsraelyan üzərində parlaq qələbə qazanıb.

İlk dəqiqələrdən erməni idmançıya güclü zərbələr endirən Məhəd Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 36 saniyə lazım olub.

Rəqibi nokauta salan azərbaycanlı idmançı vaxtından əvvəl təmiz qələbə qazanıb.