Ermənistanın ordumuzun sərhəddə otlaqları yandırması məlumatı yalandır - MN

5 Sentyabr 2021 16:03 (UTC+04:00)

Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat veriblər.

Nazirlik qeyd edib: "Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur".