Ermənistanda son sutkada yüzlərlə insanda koronavirus aşkarlanıb

5 Sentyabr 2021 11:50 (UTC+04:00)

Ermənistanda son sutkada koronavirusa 423 yeni yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, son sutkada daha 7 nəfər COVID-19-un qurbanı olub.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 245 025 nəfərə çatıb. Pandemiya ərzində 1 164 nəfər təhlükəli infeksiyanın qurbanı olub. Eyni zamanda virusa yoluxmuş 229 113 nəfər sağalıb. Hazırda daha 9 837 pasiyentin müalicəsi davam edir.