İngilis xüsusi təyinatlıları qadın paltarında...qaçıblar?

5 Sentyabr 2021 08:30 (UTC+04:00)

İngilislislərin SAS bölməsindən olan xüsusi təyinatlıları Əfqanıstandan qadın paltarları geyərək qaçıblar. Bununla da onlar “Taliban” yaraqlılarını aldatmağı bacara biliblər.

Verilən məlumata görə, təxminən 20 elit ingilis xüsusi təyinatlısı Əfqanıstanın cənubunda sağ qalmaq üçün bu vasitədən istifadə ediblər.

“The Sunday Times” nəşri xəbər verir ki, təyyarə və ya vertolyota aldırıla bilinməyən ingilis xüsusi təyinatlılar Kabilə çatmalı idilər. Kabilin hava limanı isə talibanların əlində olub.

İngilislər isə hər bir qarşıdurmadan qorxduqları üçün qadın paltarları geyinməli və şəriətə uyğun Əfqan qadınları kimi davranmalı lublar. Qaçışda iştirak edən ingilislərin hamısı üzlərini burka ilə örtüb. İngilislər onlara məxsus sursat və texnikanın çox hissəsini də qoyaraq gediblər. Maraqlıdı ki, bir neçə dəfə "qadınlar" qrupu “Taliban” patrulları tərəfindən dayandırılsa da, lakin silahlılar "qadınlar"dan şübhəli bir şey sezməyiblər. Nəticədə İngilis xüsusi təyinatlıları hava limanına çata bilib.

Ağasəf