Kuril adaları yaxınlığında zəlzələ qeydə alınıb

5 Sentyabr 2021 07:41 (UTC+04:00)

Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3,6 bal gücündə zəlzələ qeydə alıblar.

TASS-ın məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

"Zəlzələnin episentri Kiçik Kuril adalar qrupunun yaxınlığında, ocağı isə 49 kilometr dərinlikdə yerləşib", - filialın məlumatında deyilir.

Sunami təhlükəsi elan edilməyib, yeraltı təkanlar ən yaxınlığda yaşayan sakinlər tərəfindən hiss edilməyib.