"Beşiktaş"ın borcu müəyyən olunub

4 Sentyabr 2021 20:20 (UTC+04:00)

“Beşiktaş” klubunun borcu açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klubun 2021-ci ilin 30 iyununa qədər olan borcunun 4 milyard 382 min TL olduğu açıqlanıb. Ötən mövsüm Türkiyə çempionu olan, ölkə kubokunu qazanan “Beşiktaş”, bu mövsüm 3 turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb. “Qara qartallar” Türkiyəni UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək.

Ziya Hikmətoğlu