Daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb

4 Sentyabr 2021 17:27 (UTC+04:00)

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. Bu barədə SİA Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Cəbrayıl istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 656-ya çatıb.