Təcrübəli futbolçu yenidən İtaliyada

4 Sentyabr 2021 16:42 (UTC+04:00)

“Bayern”in sabiq futbolçusu Frank Riberi karyerasını İtaliyada davam etdirməyə yaxındır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 39 yaşlı yarımmüdafiəçi “Salernitana” ilə danışıqlar aparır. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Riberi hazırda azad agentdir. Onun son klubu “Fiorentina” olub.

Ziya Hikmətoğlu