"Formula 1" pilotu koronavirusa yoluxub

4 Sentyabr 2021 12:37 (UTC+04:00)

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. SİA yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək.

Onu Robert Kubitsa əvəzləyəcək.

Qeyd edək ki, Niderland Qran-prisi sentyabrın 5-də keçiriləcək. Kimi Raykkonen daha əvvəl mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.