Koronavirusdan əziyyət çəkən insanların orqanları onilliklər boyu "yaşlana" bilir. Deyim ki, müvafiq açıqlama ilə Amerika alimləri çıxış ediblər.
“The New York Times” nəşrinin yazdığına görə, bu araşdırmada COVID -dən sağalan 89 min, habelə bu aqibətdən qaçmağı bacaran 1.6 milyon insan iştirak edib.
Beləliklə, araşdırmanın nəticələrinə görə, 30-40 yaşlarında sağlam insanlarda böyrək öz funksiyasını “itirir” , yəni o mənada ki, sonrakı hər hansı bir xəstəliklər böyrəklərə ciddi ziyan vura və ya xroniki xəstəliyə səbəb ola bilər.
Qeyd edək ki, COVID -dən sağalan 4757 nəfər bir il ərzində böyrək funksiyasında 30 faizlik itki yaşayır. Yəni böyrəklər elə bil 30 yaş "qocalır".
Maraqlıdır ki, elm adamları böyrəklərin koronavirus səbəbindən niyə bu qədər əziyyət çəkdiyini hələ ki araşdıra bilməyiblər.