İldırım evi yandırıb

3 Sentyabr 2021 23:03 (UTC+04:00)

Rusiyanın Stavropol diyarında ildırım vurması nəticəsində fərdi evlərin birində yanğın baş verib. Qeyd edək ki, xəbər regional Yanğın və Xilasetmə xidmətinin saytında dərc edilmişdir.

Beləliklə gecə Stavropol diyarının Arzqir rayonunun Sadovoye kəndindəki evlərdən birinin sakinləri gurultudan oyanıblar. Cəld küçəyə qaçan sakinlər evin damının yandığını görüblər. Təbii ki, yanğın evin damına ildırım düşməsi səbəbindən baş verə bilərdi. Sonradan böyüyən alov demək olar ki, fərdi evi “ağuşuna alaraq məhv edib”.

Bildirək ki, ümumi sahəsi 70 kv. olan ev tamamailə yansa da, amma yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb.