İsmayıllıda yanğın hadisəsi baş verib

3 Sentyabr 2021 18:13 (UTC+04:00)

Bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov SİA-ya bildirib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.