8 stəkan su gün ərzində istifadə edilsə...

3 Sentyabr 2021 17:20 (UTC+04:00)

Tətil zamanı düzgün qidalanmanın əhəmiyyətinə toxunan dyt. Meryem Güç bəzi tövsiyələr verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o məsləhətində deyib: "Əsas yeməklərdə salat, tərəvəz, qatıq, izqara ət və kəpəkli çörək, bulqur seçə bilərsiniz. Şirin yemək istədiyiniz zaman yeməkdən 2 saat sonra südlü desert və ya dondurma seçiminiz ola bilər. Asidik içkilər əvəzinə ayran, su və ya şəkərsiz limonata üstünlük verə bilərsiniz. İstehlak olunan meyvə miqdarına da diqqət yetirilməlidir. Şaftalı, armud, ərik, albalı və ya gavalı yüksək miqdarda pulpa tərkibində istehlak edilə bilər". O,həmçinin, həzmsizlik və şişkinlik problemlərinin qarşısını almaq üçün gündə ən az 8 stəkan su istehlakına diqqət yetirilməlidir".