Əfqanıstandakı son inkişafla bağlı Rusiya prezidenti Vladimir Putin açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstandakı macərası üçün 1,5 trilyon dollardan çox pul xərclədiyinə işarə edən Putin deyib: "Amerikalılar son dərəcə praqmatik insanlardır, amma bu qədər xərclədikdən sonra nəticə nə oldu? ABŞ və müttəfiqləri Əfqanıstanda tərk edildi və bu humanitar bir fəlakətdir". Ölkələrə demokratiyanı zorla tətbiq etməyin qəbuledilməz olduğunu izah edən Putin sözlərinə belə davam edib: "Demokratiya lazımdırsa, xalq özbaşına buna qərar verməlidir, şiddətə əl atmağa ehtiyac yoxdur".