YAP Xəzər rayon təşkilatının üzvləri şəhid ailəsini ziyarət edib - FOTO

3 Sentyabr 2021 15:26 (UTC+04:00)

Sentyabrın 3-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qədirov Emin Asif oğlunun ailəsi və qardaşı II Qarabağ müharibəsinin iştirakçısı Qədirov Ramin Asif oğlunu ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, YAP Xəzər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Namiq Əhmədov, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov və millət vəkili Soltan Məmmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.