"Bizim xalqımız güclü və əzmkardır" - MİLLİ GÜLƏŞÇİDƏN AÇIQLAMA

3 Sentyabr 2021 14:35 (UTC+04:00)

"Mən bizim paralimpiya təmsilçilərimizin uğurlarına çox sevinirəm". Bu sözləri SİA-ya açıqlamasında "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, milli güləşçi Rasul Çunayev deyib.

Onun sözlərinə görə, uğur, həqiqətən də, əngəl tanımır və hər bir uğurun arxasında böyük əziyyət, dözüm, səbr dayanır: "Onlar qızıl hərflərlə tarix yazırlar, hər dəfə şanlı üçrəngli bayrağımızın Tokio səmalarında dalğalandığını gördükdə, onların qələbə xəbərlərini aldıqda bir daha qürur duyuram. Bizim xalqımız güclü və əzmkardır, 2 dünya rekordunu təzələməyimiz də bunun bariz nümunəsidir. Bununla Azərbaycan bu əyilməz gücünü hər sahədə olduğu kimi idman üzrə də bir daha bütün dünyaya sübut etmiş oldu".

Ziya Hikmətoğlu