Kömək üçün minlərlə çağırış

3 Sentyabr 2021 13:31 (UTC+04:00)

Bu il bütün dünya təbii fəlakətlərlə mübarizə apararkən, İda qasırğası ABŞ-da həyata mənfi təsir etməyə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda həyatını itirənlərin sayı 13-ə yüksələrkən, ölkə üzrə ölənlərin ümumi sayı ən az 45 olaraq qeyd edilib. Digər tərəfdən, Pensilvaniya ştatında qasırğa nəticəsində güclü yağışlar və ağacların aşması nəticəsində yaranan daşqınlar səbəbindən 376 yol bağlanıb. Bundan əlavə, yerli mətbuatda yayılan xəbərlərə görə, Nyu-Cersidə sel suları ilə dolu iki evdə partlayış baş verib. ABŞ vətəndaşları səlahiyyətlilərə kömək üçün minlərlə çağırış edib.