Yapon şahzadəsi Amerika yolçusu

3 Sentyabr 2021 13:21 (UTC+04:00)

Yaponiya İmperatoru Akihitonun böyük nəvəsi Şahzadə Mako, kral ailəsindən istefa edərək ABŞ-a köçən İngilis cütlüyü Şahzadə Harri və Düşes Meqhanı təqlid edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Soylu olmayan nişanlısı Kei Komuro ilə evlənməyi və ABŞ-da məskunlaşmağı planlaşdırır.

Komuro bir müddətdir hüquq təhsili almaq üçün ABŞ-da olub. Yapon mediasında yayılan xəbərlərə görə, şahzadə evlənəndə saray qadınlarına verilən 1,2 milyon dollarlıq toy yardımını almayacaq. Ənənəvi evlilik mərasimləri də olmayacaq. Evlilik bütün adlardan və hüquqlardan imtina etmək deməkdir. ABŞ-da məskunlaşanda daha xoşbəxt olduğunu söyləyən Harry, bu qərar üçün kral hüquqlarını qurban verib.

Ayşən Vəli