Kanadalı aktyor Keanu Reeves dünən 57 yaşını qeyd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tərəfdarlar aktyorun yeni yaşını gənclik illərinin fotoları ilə sosial mediada qeyd ediblər.
Hər il daha xarizmatik hala gələn aktyora "Şərab kimi" şərhləri edilib. 37 ildir fəaliyyət göstərən Reeves, karyerasında ən az 81 filmə sahibdir. Aktyor 1999 Matrix seriyasında "Neo" obrazı ilə əfsanə olub.
Ayşən Vəli