"Efemine stili" olan kişi aparıcıları...

3 Sentyabr 2021 11:05 (UTC+04:00)

Milli Radio və Televiziya İdarəsi (NRTA) direktivində televiziya proqramlarına "efemine stili" olan kişi aparıcıları və ifaçıları daxil etməyəcəyini və "siyasi baxımdan yanlış və əxlaqsız davranışları təbliğ edən" proqramları qadağan edəcəyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, direktivdə yayımçıların heyranlıq və şöhrət mədəniyyəti aşılayan üslubları proqramlarına daxil etməkdən çəkinməli olduqları və bunun əvəzinə "ənənəvi Çin mədəniyyətini, inqilabi mədəniyyətini və qabaqcıl sosialist mədəniyyətini təbliğ etmələri" lazım olduğu vurğulanıb.