6 ay sonra

3 Sentyabr 2021 11:01 (UTC+04:00)

Amerikalı model Emily Ratajkovski mart ayında oğlu Silvester Apollonu dünyaya gətirdikdən sonra ilk dəfə kamera qarşısına keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Los -Anceles sahilində Rihannanın alt paltar markasının pist halına gətirilən yeni kolleksiyasını təqdim edib.

Qeyd edək ki, məşhur modelin 30 yaşı var.

Ayşən Vəli