Təzə sevgi

3 Sentyabr 2021 10:23 (UTC+04:00)

Kanal D-də yayımlanan "Baht Oyunu" serialının ulduzları aktrisa Cemre Baysel və aktyor Aytaç Şaşmazdan sevgi etirafı gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu etirafdan sonra Cemre Bayselin 5 illik münasibətinə son qoyduğu və Aytaç Şaşmazın menecer sevgilisindən ayrıldığı söyləndi.

Cütlük ötən axşam "By Ulus Steakhouse" restoranının çıxışında görülüb. Onlar jurnalistlərin suallarını cavabsız qoyaraq avtomobillərinə minib getdilər.

Ayşən Vəli